“Əli və Nino” - məhəbbət əfsanəsi kinodastan olacaq

 

Xəbər verildiyi kimi, məşhur yazıçı Qurban Səidin azərbaycanlı gənclə gürcü qızının məhəbbətindən bəhs edən “Əli və Nino” romanı əsasında filmin çəkilişləri başlayır. Müxtəlif ölkələrdən kino ulduzlarını bir araya gətirəcək filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır.

 

Fevralın 22-də Heydər Əliyev Mərkəzində “Əli və Ninofilminin yaradıcı heyəti mətbuat konfransı keçirib.

Mətbuat konfransında çıxış edən Leyla Əliyeva layihə haqqında danışaraq, filmin çəkilişlərinə hazırlıq işlərinin başa çatdığını bildirib: “Mən “Əli və Nino” əsərini dəfələrlə oxumuşamonu ilk dəfə oxuyanda hiss etdiyim həyəcan indiyədək xatirimdədir. XX əsrin əvvəlində yazılmış bu əsər Azərbaycanın o dövrdəki insanlarını, məkanlarını aydın şəkildə təsvir edir. Əsər yüz il sonra da əks-səda doğuran sevgi hekayəsini canlandırır. Düşünürəm ki, bu kitab Azərbaycanın müstəqilliyinin nə qədər vacib olmasını əks etdirir. İkincisi, bu, çox gözəl, epik bir məhəbbət hekayəsidir. Çox şadam ki, film məhz Bakının küçələrində, İçərişəhərdə, OperaBalet Teatrında, Qobustanda, Xınalıq dağlarında - əsərdə təsvir olunan yerlərdə çəkiləcək. Çəkiliş heyətini Bakıda salamlamaqdan məmnunam. Əminəm ki, onların köməyi ilə biz bu unudulmaz hekayəni canlandıra biləcəyik”.

Filmin quruluşçu rejissoru Kris Tikyer Heydər Əliyev FondunaFondun vitse-prezidenti Leyla Əliyevaya layihənin reallaşdırılmasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, filmin yaxşı ssenarisi, beynəlxalq səviyyədə möhtəşəm komanda, çəkiliş üçün gözəl məkanlar və güclü çəkiliş heyəti var.

Filmin ssenari müəllifi “Academy Award” mükafatı laureatı Kristofer Hempton əsərdə olduğu kimi, filmdə də Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin əksini tapacağını vurğulayıb: “Düşünürəm ki, məhz o dövrdə neft bumubu gün ölkənin inkişafı bu əsərin daha aktual film olması üçün şərait yaradır”.

Filmin rejissoru, “BAFTA” (Britaniya FilmTeleviziya İncəsənəti Akademiyası) mükafatı laureatı Asif Kapadia deyib: “Əlimdən gələni edəcəyəm ki, bu, müvəffəqiyyətli bir layihə olsun. Məncə, hər zaman gözəl hekayənin müvəffəqiyyətlə filmə çevrilməsi onun əsas elementlərinin yerində olması ilə bağlıdır. Düşünürəm ki, bu əsərin ekranlaşdırılmasında gözəl heyət, mühümvacib rol oynayan aktyorlar, məkan və mənzərə mövcuddurbiz uğur qazanacağıq”.

Filmdə Əli obrazının ifaçısı Adam Bakri artıq Azərbaycan dilini öyrənməyə başladığını deyib: “Artıq bir neçə aydır ki, biz buradayıq. Düşünürəm ki, layihənin sonunda ölkəni tərk etmək bizim üçün çox çətin olacaq. Biz artıq bu ölkəyə çox öyrəşmişik”.

Nino obrazını canlandıracaq Maria Valverde əsərə olan sevgisindən danışıb. O, filmin də hamı tərəfindən seviləcəyinə ümidvar olduğunu bildirib: “Mənim üçün Nino obrazını canlandırmaq çox böyük bir şərəfdir. Mən əsəri oxudumçox xoşuma gəldi. Ümid edirəm, mən bu əsəri sevdiyim kimi, ekranlaşdırıldıqdan sonra filmi tamaşaçılar ikiqat sevəcəklər”.

Aktyor heyətinə məşhur kino ulduzları Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Assad Buab, Numan Akar, Fəxrəddin Manafov, türkiyəli Halit Ərgənç də daxildir.

Filmin quruluşçu rəssamı Karlos Konti, quruluşçu operatoru Gökhan Tiryaki, geyim dizayneri Mişel Kleptondur. Filmin beynəlxalq satış məsələləri “IM Global” şirkətinə həvalə olunub.

 

Mədəniyyət.- 2015.- 25 fevral.- S. 4.