Şəhid jurnalistlər yad edilib

 

Fevralın 25-də Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə ölkə mediasının təmsilçiləri Şəhidlər xiyabanına gələrək Qarabağ müharibəsində həlak olmuş jurnalistlərin - Milli Qəhrəmanlar Alı Mustafayevin, Salatın Əsgərovanın, Fəxrəddin Şahbazovun, Çingiz Mustafayevin və Kazımağa Kazımovun məzarlarını ziyarət ediblər. Şəhid jurnalistlərin məzarlarının üstünə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.

Mərasimdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə ölkəmizdə səfərdə olan Macarıstan media nümayəndələri də iştirak ediblər.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov bildirib ki, Qarabağ münaqişəsi başlayan gündən ölkə jurnalistləri təkcə qələmləri ilə deyil, həm də əldə silah torpaqlarımızın müdafiəsinə qalxmışlar. Bu mübarizədə canını qurban verən neçə-neçə jurnalistin ömür yolu milli jurnalistikamızın qüruruna çevrilib. Onların əziz xatirəsi xalqımızın qəlbində yaşayır.

Ahıl jurnalist Hacı Mehman, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Teleradio QSC Həmkarlar İttifaqı Komitəsinin sədri Sərhəd Qasımov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə və digər media təmsilçiləri şəhid jurnalistlər barədə xatirələrini söyləyib, onların hünər yolunun səhifələrini yada salıblar.ycan Teleradio QSC Həmkarlar İttifaqı Komitəsinin sədri Sərhəd Qasımov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə və digər media təmsilçiləri şəhid jurnalistlər barədə xatirələrini söyləyib, onların hünər yolunun səhifələrini yada salıblar.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 15.