Şəhidlərə kəfən lazım deyil

 

Bakının Səbail rayonundakı 51 nömrəli orta məktəbdə Atamoğlan Məmmədlinin pyesi əsasında səhnələşdirilən Şəhidlərə kəfən lazım deyil tamaşası nümayiş etdirilib.

 

Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş pyes əsgərlərimizin döyüş ruhunu və şəhidlərin ölməzliyini əks etdirir. Məktəblilərin hazırladıqları tamaşa MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyiİdeal Zirvə Tədris Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Tamaşanın rejissoru Röyal Cəbiyev, səs rejissoru Rövşanə Əliyevadır. Tədbirdə 51 nömrəli məktəbin direktoru Lətafət Səmədova çıxış edərək Xocalı haqqında təəssüratlarını bölüşüb, dünyada xocalılıların haqq səsinin yayılması üçün bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.

Əsərin müəllifi, professor Atamoğlan Məmmədli, İdeal Zirvə Tədris Mərkəzinin rəhbəri Elşanə Şərifli Mübariz İbrahimovun qəhrəmanlığı barədə danışıb, gələcəyimiz olan bütün gəncləri vətənpərvərliyə səsləyiblər.

MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlərdən, Xocalı vaxtı filmi və 26fevral.az internet səhifələrindən bəhs edib.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 13.