Yol filmi Tehran festivalında

 

İranın paytaxtı Tehranda Ruyesh beynəlxalq qısametrajlı film festivalı keçirilir. Festivalda ölkəmizi gənc rejissor Fehruz Şamıyevin Yol filmi təmsil edir.

 

Bu barədə qəzetimizə məlumat verən rejissor bildirib ki, festivalda iştirak edən filmlər üç əsas - beynəlxalq, yerli müsəlman ölkələri proqramında yarışır. Yol filmi isə 10 ekran əsərinin iştirak etdiyi müsəlman ölkələri proqramında yer alıb. Film Cinema Azadi kino mərkəzində nümayiş olunub.

Qeyd edək ki, festival çərçivəsində kino xadimlərinin ustad dərsləri keçirilib. Bağlanış mərasimi qaliblərin mükafatlandırılması fevralın 27-də olacaq.

Qeyd edək ki, Yol filmi yazıçı-dramaturq Elçin Hüseynbəylinin Gözlərimə gün düşür hekayəsinin motivləri əsasında çəkilib. Ekran əsəri Mədəniyyət Turizm Nazirliyinin keçirdiyi Bu meydan, bu ekran müsabiqəsinin qalib layihələrindən biri kimi Cinema Gənc Kinematoqrafçılar Mərkəzi "Öz" prodakşn tərəfindən lentə alınıb.

Süjet xəttinə gəlincə, Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professor ölüm ayağında doğulduğu kəndə gedir. Ermənilər tərəfindən işğal olunmuş kənd xarabalığa çevrilib. Professor arzusuna çatmaq üçün minalanmış sahəni keçərək öz kəndinə gəlir. Amma burda ermənilər tərəfindən əsir götürülür hadisələrin ən maraqlı anları bundan sonra başlayır...

Qısametrajlı filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, operatoru Rəşad Nuriyev, bəstəkarı Firudin Allahverdidir.

 

Mədəniyyət.- 2015.-27 fevral.- S. 11.