Avstraliya qəzetində Xocalı haqqında məqalə

 

Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin aparıcı mətbu orqanlarından olanCanberra Times” qəzetinin fevralın 25-də nəşr olunmuş nömrəsində Xocalı faciəsi haqda ingilis dilində “Khojaly, a forgotten massacre” (“Xocalı - unudulan qətliam”) adlı məqalə dərc edilib.

Məqalədə erməni hərbi qüvvələrinin 23 il əvvəl Xankəndidə yerləşən sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda vəhşicəsinə törətdiyi etnik təmizləmənin dünya mediası tərəfindən işıqlandırıldığı diqqətə çatdırılır və qeyd edilir ki, bu gün Xocalı soyqırımı xüsusilə də Qərb mediası tərəfindən unudulub, dəhşətli qətliam müasir münaqişələrin kölgəsində qalıb. Bildirilir ki, yalnız Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə qarşı yönəldilən belə faciələr heç zaman yaddan çıxmamalıdır.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 10.