Azərbaycanlı rəssam Sandro Bottiçelli mükafatına layiq görülüb

 

Tanınmış azərbaycanlı rəssam Mehriban Əfəndi məşhur italyan fırça ustası Sandro Botiçellinin adını daşıyan mükafata layiq görülüb. Effetto Arte jurnalının 2015-ci ilin yanvar nüsxəsində Mehriban Əfəndinin Gecənin mistikası adlı əsəri Sandro Botiçelli mükafatının laureatı kimi onun haqqında informasiya ilə nəşr edilib.

Rəssam bildirib ki, bu mükafata 2014-cü ildə İtaliya incəsənət kuratoru Salvatore Russo tərəfindən beynəlxalq fəaliyyətinin və rəssamlıqda orijinal üslubun yaradıcısı kimi layiq görülüb. Mükafat rəssama martın 1-də İtaliyanın Florensiya şəhərində Dante muzeyində təqdim olunacaq.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 8.