Sonsuz dəhliz

 

Xocalı acısı litvalı jurnalistin filmində

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən Xocalıya ədalət! beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində İtaliyanın paytaxtı Romadakı Grand Hotel Plazada Sonsuz dəhliz sənədli filminin təqdimatı olub.

 

Azərbaycanın İtaliyadakı səfirliyinin Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səfir Vaqif Sadıqov soyqırımının 23-cü ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsinin italiyan ictimaiyyətinə Xocalı həqiqətlərini çatdırmaq baxımından önəmini vurğulayıb. Mərasimdə çıxış edən TEAS-ın direktoru Lionel Zetter "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası ilə əməkdaşlıq etməkdən qürur duyduğunu bildirib.

* * *

Fevralın 24-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Sonsuz dəhliz filminin təqdimatı olub.

Təqdimatda çıxış edən səfir Elçin Əmirbəyov Xocalı soyqırımının XX əsrin ən faciəvi hadisələrindən biri olduğunu, onun Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin ən dəhşətli səhifəsi kimi yaddaşlarda əbədi iz buraxdığını diqqətə çatdırıb.

Azərbaycan xalqının dərdinə şərik olduğunu diqqətə çatdıran Azərbaycanın Dostları Assosiasiyasının sədri, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel Qafqaz bölgəsində sülhün bərqərar olması arzusunu səsləndirib.

* * *

Xocalıya ədalət! beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində İstanbulda Sonsuz dəhliz sənədli filminin türk dilinə subtitr tərcümədə nümayişi Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə kitabının türkcə hazırlanmış versiyasının təqdimat mərasimi keçirilib. Mərasim Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Zorlu Mərkəzində gerçəkləşib. Sənədli film fevralın 24-dən 26-dək İstanbuldakı bir sıra kinozallarda pulsuz nümayiş olunub.

Sonsuz dəhliz filminin layihəsi litvalı jurnalist, 1992-ci ilin fevralında Xocalıda baş vermiş qətliamın ertəsi gün hadisə yerində olan Riçard Lapaitisin xatirələri əsasında ərsəyə gəlib. Filmdə Riçard Lapaitis o vaxtdan bəri unuda bilmədiyi Xocalı faciəsini uzun illər sonra hərbi müxbir kimi ictimaiyyətə çatdırır. O, Xocalı soyqırımından sağ çıxanlarla yenidən görüşür ermənilərin atəşi altındakı sonsuz dəhlizdə özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayələrini dinləyir. Filmdə əlli qonşusunun həyatını xilas etmiş, lakin həyat yoldaşını itirmiş aylarla işgəncələrə dözməli olduğu əsirlikdə qalmış bir musiqiçinin təsirli hekayəsi tamaşaçıların diqqətinə çatdırılır.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 5.