Qusar teatrında Xocalı şəhidləri anılıb

 

Fevralın 26-da Qusar Dövlət Ləzgi Dram Teatrında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Teatrın direktoru Faiq Qardaşovun quruluş verdiyi tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi yad edilib. Aktyorların, məktəblilərin və “N” hərbi hissəsi əsgərlərinin iştirakı ilə tamaşaçılara faciənin dəhşət və həqiqətlərini özündə əks etdirən sənədli videofilm və səhnələşdirilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 4.