Yad.Daş soyqırımının ildönümünə həsr edilib

 

Fevralın 25-də Yuğ Dövlət Teatrında Qarabağ müharibəsindən bəhs edən Yad.Daş tamaşası nümayiş olunub. Tamaşa Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilib. Ülviyyə Heydərovanın ədəbi mətni əsasında hazırlanan tamaşaya Tərlan Engin quruluş verib. Rollarda Amid Qasımov, Ərtoğrul Kamalov, Elgün Həmidov və Könül Cəfərzadə çıxış ediblər.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 4.