2015-ci ilin Xalq yaradıcılığı paytaxtları

 

Şamaxı şəhəri Ədəbiyyat paytaxtı, Qax şəhəri Milli mətbəx paytaxtı seçilib

 

Azərbaycan xalqının zəngin qeyri-maddi mədəni irsi minilliklər boyu milli şüurumuzu formalaşdıran əsas mənbələrdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal fenomendir. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsində təcrübələri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində islahatlar aparılır.

Qeyri-maddi mədəni irsimizin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi qərara alınıb. Bu məqsədlə yeni "Xalq yaradıcılığı paytaxtları" proqramı təsdiq olunub. Proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri "Azərbaycanın ədəbiyyat paytaxtı" və Qax şəhəri "Azərbaycanın milli mətbəx paytaxtı" elan edilib.

Bu münasibətlə martın 4-də Azərbaycan Xalça Muzeyində 2015-ci ilin Xalq yaradıcılığı paytaxtlarının təqdimat mərasimi keçiriləcək. Şamaxı və Qax rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, konfrans, dəyirmi masa, konsert, festival, sərgi, yarmarka, infoturs. tədbirlərin təşkili nəzərdə tutulub.

 

Mədəmiyyət.- 2015.- 27 fevral.- S. 2.