Faciənin foto yaddaşı

 

Park-Bulvar” ticarət və əyləncə mərkəzində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilən tədbir keçirilib. Tədbir çərçivəsində “1905.az” səyyar qalereyasının “Xocalı” adlı sərgisi açılıb. Sərgidə Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu və Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotomüxbiri İlqar Cəfərovun işləri nümayiş olunub. Tədbir iştirakçıları “1905.az - STUDIO”nun hazırladığı videoçarxa baxıblar, www.1905.az portalının “Xocalı” bölməsinin materialları ilə tanış olublar.

 

Mədəniyyət.- 2015.- 27 fevral.- S. 2.