Bakı Musiqi Akademiyasının tələbələri Bolqarıstanda müsabiqənin qalibi olublar

 

Azərbaycanlı pianoçular, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Cavid Əzizov və Vüsal Aydəmirov Bolqarıstanın Primorsko şəhərində keçirilən beynəlxalq “World Stage Eurograde-2015” müsabiqəsində birinci yerə layiq görülüblər.

C.Əzizov bildirib ki, müsabiqədə 15 ölkə təmsil olunub. Azərbaycan təmsilçiləri 16-33 yaş qrupunda iştirak ediblər.

Cavid müsabiqədə Friderik ŞopeninBallada N1” və Tofiq Quliyevin “Qaytağı”, Vüsal isə Ferens ListinBallada N2” və Qara QarayevinEskiz” əsərlərini səsləndiriblər.

Onlar həmçinin Bolqarıstanın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış ediblər.

 

Mədəniyyət.-2015.- 29 iyul.- S. 6.