Keramika ustaları beynəlxalq art-düşərgəyə qatılıblar

 

İyulun 13-dən 25-dək Moldovanın Orgeyev rayonundakı İvança kəndində keçirilmiş “Cucuteni-2015” I beynəlxalq art-düşərgədə Azərbaycan, Belarus, Moldova, RusiyaUkraynadan 18 keramika ustası iştirak edib.

Tədbir Moldova Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Art Studio Picasso” yaradıcılıq atelyesinin təşəbbüsü ilə təşkil olunub.

Düşərgənin təşkilatçısı Anjela Yurkunun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd müxtəlif keramika sənətkarları arasında təcrübə mübadiləsi, bu sahədə mədəni irsin tədqiqidir. Onun sözlərinə görə, Moldova ərazisində 5 mindən çox Kukuteni fiquru tapılıb. Bu, Avropada çox qədim sivilizasiya nümunələridir. Düşərgənin işlədiyi iki həftə ərzində keramistika üzrə ustad dərsləri, keramika sərgiləri, uşaqlar üçün əyləncəli tədbirlər və arxeoloji qazıntılar da təşkil edilib.

Kukuteni mədəniyyəti” adı Rumıniyada bu artefaktların ilk dəfə aşkara çıxarıldığı kəndin adından götürülüb.

 

Mədəniyyət.-2015.- 29 iyul.- S. 5.