Gənc Tamaşaçılar Teatrı Xırs quldurbasanla bölgələrə gedir

 

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi-estetik tərbiyəsinin formalaşdırılması məqsədilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə qastrol səfəri edəcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yaradıcı heyət Azərbaycan milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin Hekayəti-xırs-quldurbasan tamaşası ilə iyul ayının 4-dən 8-dək Şəmkir, Samux, Göygöl, Daşkəsən, TovuzAğstafa rayonlarında çıxış edəcək.

 

Mədəniyyət.-2015.- 3 iyul.- S. 4.