Kürmük məbədi tarixi yaddaş abidəsidir

 

Qax rayonunda yerləşən qədim Kürmük məbədi əcdadlarımızın dini inanclarının rəmzi abidəsidir. Ölkəmizin şimal-qərb bölgəsində qorunan maddi-tarixi abidələr arasında Kürmük məbədi özünəməxsus yer tutur.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində УKürmük məbədi Azərbaycanın maddi-mədəni irsidirФ mövzusunda dəyirmi masa keçirilib.

Tarix elmləri doktorları H.Verdiyeva, M.Paşayeva, tarix üzrə fəlsəfə doktorları M.Xəlilov, T.Əliyev, E.Vəliyev və digər çıxış edənlər Kürmük məbədinin Azərbaycan xalqının sələflərinin dini inanclarının politeizmdən monoteizmə keçid dövrünün abidəsi olduğunu bildiriblər. Qeyd olunub ki, ibtidai dinlərin ziyarətgahından xristian dini abidəsinə çevrilən Kürmük məbədi, Qafqazın qədim xristian kilsəsi olan alban apostol avtokefal kilsəsinin bir nümunəsi olaraq, eyni zamanda Azərbaycan xalqının uzaq keçmişdə yaşadığı politeist dinlərin də daşıyıcısı, УSelenaФ (Ay) məbədi olmaqla sinkretik bir abidədir. Kürmük məbədi Azərbaycan xalqının tarixi yaddaş abidəsi, maddi-mədəni irsidir.

 

Mədəniyyət.-2015.- 3 iyul.- S. 11.