Avropa Oyunlarının yekununa həsr olunmuş konsert

 

İyunun 28-də Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Ə.Əliyev adına istirahət parkında “Bakı-2015” I Avropa Oyunlarının başa çatması ilə bağlı konsert təşkil olunub. Tədbirdə Avropa Oyunlarının müasir Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biri olduğu vurğulanıb.

Konsertdə yerli sənətçilərin, Girdəni kənd diyarşünaslıq evinin “Vənəvşə” folklor kollektivi, Şağlaser kənd sənətkarlıq evinin kollektivi, klub müəssisələrinin özfəaliyyət qrupları çıxış ediblər. Maraqlı konsert proqramı əhali tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.-2015.- 3 iyul.- S. 11.