Mədəniyyət işçiləri üçün səyyar kurslar davam edir

 

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin Mədəniyyət və Turizm Nazirliyinin müvafiq kollegiya qərarlarının icrası məqsədilə təşkil etdiyi səyyar kurslar davam edir. Mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin dəstəklənməsi və onlarda peşə səriştəsinin artırılması məqsədi daşıyan kurslar 30 iyun tarixində Gəncədə başlamışdı.

İyulun 7-də Qəbələ şəhərində ümumilikdə 5 rayonu əhatə edən növbəti treninqlərə start verilib. 11 iyul tarixinədək davam edəcək kurslarda mədəniyyət işçilərinin ümumi hazırlıq səviyyəsinin artırılması məqsədilə ixtisas fənləri ilə yanaşı, dünyagörüşünün artmasına xidmət edən dövlət quruculuğu və mədəniyyət siyasəti haqqında da məruzələr oxunur.

Nazirliyin təşəbbüsü ilə keçirilən bu kurslarda cəmi 16 rayon və şəhərin (Gəncə, Qəbələ, Lənkəran, Samux, Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Ağdaş, Göyçay, İsmayıllı, Ağsu, Lerik, Masallı, Yardımlı, Astara) mədəniyyət işçilərinin iştirakı nəzərdə tutulub

 

Mədəniyyət.-2015.- 8 iyul.- S.3..