Fidan Qasımovanın adı Kembric Universitetinin ensiklopediyasında

 

Azərbaycanın SSRİ-nin Xalq artisti Fidan Qasımovanın adı Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçıları sırasına daxil edilib. Fidan Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu mükafata layiq görülən yeganə ifaçıdır.

Kembric Universiteti hər il dünyada araşdırma apararaq yüksək peşəkarlığı ilə seçilən şəxsləri musiqi mədəniyyəti ensiklopediyasına daxil edir. Bu il bu yüksək ada Azərbaycanın şöhrətli opera müğənnisi Fidan Qasımova layiq görülüb.

 

Mədəniyyət.-2015.- 8 iyul.- S.4.