Nizami Kino Mərkəzində milli kinematoqrafiyaya dəstək aksiyası

 

Nizami Kino Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə bu qurumun tabeliyində olan ASAN xidmət mərkəzlərinin əməkdaşları və könüllüləri üçün Elçin Musaoğlunun Nabat bədii filminin nümayişi olub.

Tədbirin keçirilməsində məqsəd gənclərə milli kinematoqrafiyayerli filmlərdə əks olunan tarixisosial mövzuların təbliği və onların mədəniyyətin bu sahəsinə olan maraqlarının artırılmasıdır.

Tədbirdə, həmçinin rəssam Səyyar Əliyevin rəsm əsərlərinin sərgisi açılıb. Sərgidə rəssamın 20-dək əsəri nümayiş edilib.

Aksiyanın sentyabr ayına qədər davam etdirilməsi nəzərdə tutulur. Aksiya çərçivəsində ASAN xidmətin əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı da əldə edəcəklər.

 

Mədəniyyət.-2015.- 8 iyul.- S.11.