Gənc rəssamlar Vaşinqtonda keçirilən festivalda qalib olublar

 

Vaşinqtonda 5-ci Beynəlxalq Uşaq Festivalı keçirilib. evin cənubunda yerləşən Prezident parkının Ellips ərazisində dörd gün davam edən festivalda ölkəmizi Milli Təhlükəsizlik Nazirliyi Mədəniyyət mərkəzininRəngarəng duyğularrəsm studiyasının üzvləri təmsil ediblər. Gənc rəssamların əl işlərində ölkəmizin mədəniyyəti, qədim tarixi, adət-ənənələri əks olunub. Studiyanın bədii rəhbəri, Beynəlxalq Uşaq Yaradıcılıq Fondu rəyasət heyətinin Beynəlxalq Qadın Rəssamlar Assosiasiyasının üzvü Nərminə Vəliyevanın rəhbərliyi ilə çıxış edən təmsilçilərimiz festival çərçivəsindəXalqlar dostluğuQobustankolleksiyalarını təqdim ediblər. Bundan başqa, onlar festival günlərində dörd yeni rəsm işləyib hazırlayıblar.

Festivalın son günündə keçirilmiş təntənəli qala gecəsində Azərbaycanı təmsil edən qalib gələn gənc rəssamlar İbrahim Rzayevə, Leyla Qurbanovaya, Aydan Əmirzadəyə, Rüfət Əsədliyə, Leyla Babayevaya Cavid Məmmədliyə diplomlar təqdim olunub. Uşaqların inkişafına verdiyi töhfəyə festivalda iştiraka görəRəngarəng duyğularrəsm studiyası diplomla təltif olunub.

 

Mədəniyyət.-2015.- 8 iyul.- S.14.