Şüvəlan qəsəbə Mədəniyyət evində hesabat konserti

 

Şüvəlan qəsəbə Mədəniyyət evində fəaliyyət göstərən kurslara cəlb olunmuş yaradıcı uşaqların hesabat konserti keçirilib.

Əvvəlcə kurslar haqqında valideynlərə qısa məlumat verilib. Bildirilib ki, fəaliyyət göstərən poeziyadram dərnəklərinin 30-dan çox üzvü var. Mədəniyyət evində qızlar və oğlanlar üçün rəqs kursu, sintezator, fortepiano, rəsm kursları da fəaliyyət göstərir.

Konsert zamanı hər bir şagird öz bacarığını nümayiş etdirib və onların istedadları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Mədəniyyət.-2015.- 8 iyul.- S.14.