Ankaradakı Ramazan festivalında Azərbaycan gecəsi

 

Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkil etdiyi 6-cı Beynəlxalq Ramazan Festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilib. Bələdiyyənin təşkilatçılığı Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə festivalın keçirildiyi ərazidə ölkəmizə aid tarixi, mədəni incəsənət əsərlərinin nümayiş etdirildiyi Azərbaycan evi açılıb.

Açılış mərasimində çıxış edən Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev, Türkiyənin iqtidarda olan Ədalət İnkişaf Partiyasından deputat Orxan Atalay bildiriblər ki, bu cür tədbirlər xalqlarımız arasındakı dostluq qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.

Festival çərçivəsində Azərbaycana həsr edilən gecə maraqlı konsert proqramı ilə davam edib. Azərbaycandan gələn incəsənət ustalarının ifasında səslənən muğamlar xalq mahnılarımız tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan evini ziyarət edən çoxsaylı qonaqlara ölkəmizlə bağlı müxtəlif nəşrlər, suvenirlər hədiyyə edilib.

 

Mədəniyyət.-2015.- 8 iyul.- S.14.