“Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin qeyd olunması ilə əlaqədar Tədbirlər Planı"na əsasən Prezident Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə iyulun 10-da Milli Kitabxanada "Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçiriləcək. Konfransda Azərbaycan milli mətbuatının 140 ildə keçdiyi yola nəzər salınacaq, müzakirələr aparılacaq.

Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyiMilli rəqslərimiz milli dəyərimizdir” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılacaq.

 

Mədəniyyət.-2015.- 10 iyul.- S.2.