Azərbaycan Litvada folklor musiqi festivalında təmsil olunub

 

Litvanın Moletiya şəhərindəGöllərin səpələnməsi - 2015" festivalı keçirilib. İyulun 2-də başlayan musiqi bayramında Azərbaycan, Rusiya, İtaliya, Ukrayna, Gürcüstan, Avstraliya başqa ölkələrdən folklor qrupları iştirak edib.

 

Ölkəmizi təmsil edən Şəmkirin folklor qrupunun çıxışı tamaşaçılar tərəfindən böyük şövqlə qarşılanıb. Azərbaycan nümayəndə heyətinin üzvləri Moletiya şəhərinin meri tərəfindən qəbul edilib, fəxri fərmanla hədiyyələrlə təltif olunublar.

İyulun 4-də folklor qruplarının Şvençenisu şəhərində paradı keçirilib. Paraddan sonra şəhərin meri təmsilçilərimizə fəxri fərman hədiyyələr təqdim edib. Eyni zamanda Şəmkir Rayon İcra Hakimiyyətinin loqosu hədiyyə paketi Şvençenisu şəhərinin merinə təqdim edilib.

İyulun 6-da Şaulyay şəhərində keçirilən ''Günəşin çiçəyi'' festivalında da ölkəmiz uğurla təmsil olunub. ŞəmkirinŞəmsvokal instrumental ansamblı muğam kollektivinin çıxışları gurultulu alqışlarla qarşılanıb. Cavanşir Bayramov ''Sarı gəlin'' mahnısı ilə festivalda 3-cü yerə layiq görülüb. Sərkar Əliyev isə simli alətlər kateqoriyasında birinci yeri qazanıb. ''Günəşin çiçəyi'' festivalında 12 ölkə iştirak edib.

İyulun 7-də Şaulyay şəhərində Şəmkir rayon nümayəndə heyətinin şəhər meriyasının nümayəndələri ilə rəsmi görüşü keçirilib. Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Sona Əliyeva, rayon Gənclər İdman İdarəsinin rəisi Emin İsmayılov, İcra Hakimiyyətinin əməkdaşı Könül Qələndərovanın iştirak etdiyi görüşdə 22 oktyabr 2014-cü il tarixdə Şəmkir Şaulyay şəhərləri arasında imzalanmışNiyyət protokolu”na əsasən humanitar sosial sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

 

Mədəniyyət.-2015.- 10 iyul.- S.4.