Azərbaycan "Suncane Skale'' pop musiqi festivalında təmsil olunub

 

Monteneqronun Azərbaycandakı fəxri konsulluğunun dəstəyi ilə Əməkdar artist Ədalət Şükürov bu ölkənin Herceq Novi şəhərində keçirilən "Suncane Skale '' pop musiqi festivalında ölkəmizi təmsil edib. Festivalda 22 ölkənin musiqiçiləri iştirak edib. Qeyd edək ki, bu musiqi yarışması 1994-cü ildən başlayaraq Balkan digər Avropa ölkələrinin ifaçılarını bir araya gətirir.

 

Lalə Azəri

Mədəniyyət.-2015.- 10 iyul.- S.6.