Sumqayıtın Yaşıl teatrında konsert

 

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi əhalinin asudə vaxtının səmərəli keçirməsi məqsədilə silsilə konsertlər təşkil edir. Növbəti konsertdə Nəsimi adına mədəniyyət və istirahət parkının Yaşıl teatrında 4 saylı mədəniyyət klubunun kollektivi tamaşaçılara zövqlü anlar yaşadıb.

Klubun Dərya, Zirvə, eləcə də Əməkdar artist Aybəniz Haşımovanın yaratdığı Bülbüllər musiqi qruplarının təqdim etdiyi rəngarəng musiqi nömrələri şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Ovsun illüziya teatrının illüzionisti Bürünc Xalidin çıxışı isə balaca izləyicilərin ürəyincə olub. Konsertdə həmçinin vətənpərvərlik ruhunda mahnılar ifa olunub, Lider rəqs qrupunun təqdimatında Azərbaycan oyun havaları nümayiş etdirilib.

 

Mədəniyyət.-2015.- 10 iyul.- S.7.