Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə konsert

 

Noyabr ayında Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə təntənəli konsert proqramı təşkil olunacaq.

Akademiyanın beynəlxalq məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova bildirib ki, konsertdə tədris ocağının gənclər kamera orkestrinin repertuarından dahi bəstəkarın musiqi əsərləri səsləndiriləcək. Orkestr hazırlıq məşqlərinə başlayıb. Konsertdə Azərbaycanın bir sıra bəstəkarlarının əsərləri ilə yanaşı, dünya bəstəkarlıq sənətinin klassiklərinin əsərlərinə də müraciət olunacaq.

 

Mədəniyyət.-2015.- 15 iyul.- S.7.