Milli İncəsənət Muzeyində İsraildən gəlmiş qonaqlarla görüş

 

İsrail rəssamlarının əsərlərindən ibarət kolleksiya muzeyə təqdim edilib

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivakın rəhbərliyi ilə siyasət və mədəniyyət xadimləri, jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

İsrailli qonaqlar ölkəmizin zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə bir sıra bölgələrdə olublar.

Səfər çərçivəsində iyulun 13-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, İsrailin görkəmli incəsənət xadimi Qalina Padolskaya, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Vahid Bayramov ilə görüş keçirilib. Söhbət zamanı iki ölkə arasında mədəni əlaqələrin inkişafından, mədəniyyət mübadiləsinin güclənməsindən söz açılıb.

Assosiasiya tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyinə İsrailin 18 rəssamının əsərlərindən ibarət kolleksiya təqdim edilib. Muzeyin rəhbərliyi bu addımı yüksək qiymətləndirərək qonaqlara təşəkkürünü bildirib.

 

Lalə

Mədəniyyət.-2015.- 17 iyul.- S.4.