“Gənc istedadları sən də tanı”

 

İyulun 15-16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “Gənc istedadları sən də tanı” adlı sərgi keçirilib.

Akademiyadan bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunan sərgidə 80-ə yaxın gənc və həvəskar rəssamın əsərləri nümayiş etdirilib. Muzey-sərgi kompleksinin direktoru Lalə Eldarova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək belə sərgilərin istedadlı gənclərin üzə çıxarılması və həvəsləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Müsabiqə komissiyasının sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İstedad” yaradıcılıq kursunun baş müəllimi və metodisti Nadir Cəfərov qaliblərin seçilməsi zamanı yaradıcılıq, üslub, texnikaideyaya üstünlük verildiyini bildirib.

Komissiyanın qərarı ilə Hamed Lotfollahpour və İnarə Əliyeva 1-ci yerə, Sürəyya Abdullalı və Nərmin Hümbətova 2-ci yerə, Ramazan Məmmədov və Könül Nəcəfli isə 3-cü yerə layiq görülüblər.

 

 

Mədəniyyət.-2015.- 22 iyul.- S.5.