“Ötən illərin harayı”

 

İyulun 21-də Azərbaycanda Atatürk Mərkəzində yazıçı, jurnalist Şərif Kərimlinin “Ötən illərin harayı” üçcildliyinin iki cildinin təqdimatı olub. KitabaÖn sözü Milli Məclisin deputatları - Xalq şairi Sabir Rüstəmxanlı və AMEA-nın müxbir üzvü Nizami Cəfərov yazıblar.

Tədbirdə bildirib ki, Azərbaycan jurnalistikasında özünəməxsus yeri olan publisist Şərif Kərimlinin bu kitabları mətbuatın yubileyinə töhfədir. Müəllifin 40 illik jurnalistlik fəaliyyətinin nəticəsi kimi çapdan çıxan bu kitablara müxtəlif qəzet və jurnallarda “Azərbaycan”, “Sabah”, “Gənclik”, “Müxbir” jurnallarında dərc olunmuş publisistik yazıları daxil edilib.

Çıxış edənlər müəllifi təbrik edib, ona yeni uğurlar arzulayıblar.

 

Mədəniyyət.-2015.- 22 iyul.- S.13.