“Azərbaycanın tarixi-memarlıq irsi gənclərin gözü ilə”

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanın tarixi-memarlıq irsi gənclərin gözü ilə” layihəsinə yekun vurulub. Layihə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ArxeologiyaEtnoqrafiya İnstitutu, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, “Gazelli Group”, Bakı Biznes Mərkəzi və “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə gerçəkləşib.

Martın 15-dən başlayan layihə yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi formatında keçirilib, milli memarlıq irsimizin təbliği və kütləviləşməsi məqsədi daşıyıb. Layihənin davamı olaraq xeyriyyə məqsədli tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin layihənin jurnal-kataloqunun nəşri nəzərdə tutulub ki, burada layihə haqqında ümumi məlumatla yanaşı, qalib onluğun rəsmləri yer alacaq.

 

Mədəniyyət.-2015.- 24 iyul.- S.3.