Dərbənd Azərbaycan Teatrında "Ac həriflər"

 

Dərbənd Azərbaycan Dövlət Dram Teatrında Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub. Bu barədə teatrın baş rejissoru Ərtoğrul Kamalov məlumat verib.

Keçmiş zamanla müasir dövrün oxşar və fərqli tərəflərini əks etdirən səhnə əsərində Dərbənd Azərbaycan Dövlət Dram Teatrının aktyor heyəti iştirak edir. Tamaşanın quruluşçu rejissoru Ərtoğrul Kamalov, quruluşçu rəssamı, teatrın baş rəssamı Naidə Alimətova, rejissor köməkçisi Mədinə Hacıağayeva, musiqi tərtibatçısı Dağıstanın Əməkdar artisti Sevda Bəybalayevadır.

Xatırladaq ki, Ərtoğrul Kamalov bir müddət УYuğФ Dövlət Teatrında aktyorrejissor kimi fəaliyyət göstərib.

 

Mədəniyyət.-2015.- 24 iyul.- S.7.