Qəbələ festivalı - klassik musiqi və muğamlarımızın sənət ahəngi

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu il yeddinci dəfə keçirilən Qəbələ festivalı mədəniyyətlərarası dialoqa, fərqli musiqi sənətlərinin təmasına mühüm töhfədir. Səkkiz ölkədən kollektivlərin, solist və dirijorların qatıldığı Qəbələ VII Beynəlxalq Musiqi Festivalında ənənəvi olaraq klassikkamera musiqisi ilə bərabər milli muğamımıza da yer ayrılıb.

 

Muğam axşamı sənətsevərlərə yüksək zövq yaşadıb

 

İyulun 29-da açıq havada keçirilən muğam axşamına sənətsevərlər xüsusi maraq göstəriblər. Tamaşaçılara yüksək sənət zövqü yaşadan konsertdə tanınmış gənc xanəndələr - II Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Filarmoniyasının solisti Ehtiram Hüseynov, bir sıra müsabiqələrin mükafatçısı, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti Arzu Əliyeva, Muğam Televiziya Müsabiqəsi-2011də üçüncü yeri tutan Nigar Şabanova, 2007-ci ildə keçirilən muğam müsabiqəsində II yerə layiq görülən Abgül Mirzəliyev çıxış edib.

Muğam ifaçılarını tarda Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, Prezident mükafatçısı Sahib Paşazadə, kamançada Azərbaycan Milli Konservatoriyasının müəllimi Toğrul Əsədullayev, nağarada Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin üzvü Emin Cəbrayılov müşayiət ediblər. İstedadlı xanəndələr Azərbaycanın xalq mahnılarını, muğamları və təsnifləri məharətlə ifa ediblər. Ümumilikdə 1500-ə yaxın tamaşaçının izlədiyi konsert iki saat davam edibkonsert alqışlarla başa çatıb.

 

Cahangir Qarayevin fortepiano üçün sonatasının təqdimatı: 39 il sonra

 

Festival çərçivəsində Azərbaycanın fortepiano bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən biri olan Cahangir Qarayevin (1950-2013) sonatasının təqdimatı olub. Festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin elmi redaktorluğu ilə nəşr edilən üçhissəli əsər dünyadan vaxtsız köçmüş gözəl bəstəkarın pianoçunun 65 illik yubileyinə həsr olunub.

Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb-studiyasının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov bildirib ki, BMA-nın məktəb-studiyasının arxivində Cahangir Qarayevin əlyazmasının surəti qalıb. Onu nəşrə hazırlayan zaman sonatanın not mətnini bərpa redaktə etmək üçün böyük görülüb. Yenidən yığılan mətnlə yanaşı, itirilmiş əlyazmanın əslinin reproduksiyasının nəşrə əlavədə yerləşdirilməsi onu daha dəyərli edib.

Təqdimatı açan sənətşünaslıq doktoru Ceyran Mahmudova Cahangir Qarayevin yaradıcılığının əsas mərhələlərini xarakterizə edərək bildirib ki, 1976-cı ildə yazdığı fortepiano üçün sonata onun yaradıcılığında xüsusi yer tutur. Burada sonata formasının sərbəst traktovkası bədii təfəkkürün dərin milli zəmininə söykənir. Sonatada təkcə dil vasitələri, forma detalları səviyyəsində deyil, daha əhatəli səviyyədə - musiqi dramaturgiyası səviyyəsində muğamın stilistik qanunauyğunluqları ilə əlaqə üzə çıxır.

Cahangir Qarayevin əsəri məktəb-studiyanın müəllimi, pianoçuların beynəlxalq müsabiqəsinin laureatı Fəqan Həsənlinin yüksək bədii interpretasiyasında təqdim olunub. Sonata onun virtuoz ifasında coşqun improvizasiya kimi səslənib dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Skripka, violonçel piano ifaçılarının konserti

 

İyulun 30-da Heydər Əliyev Konqres Mərkəzində festivalın daha bir maraqlı konserti təqdim olunub. Konsert skripka, violonçel piano ifaçılarının beynəlmiləl tərkibi ilə seçilib.

Proqramda Kiyev solistləri Milli Kamera Ansamblının bədii rəhbəri, Candia Piano Trio ansamblının təsisçisi olan ukraynalı Aleksey Yasko (skripka), beynəlxalq festival müsabiqələrin iştirakçısı ingiltərəli Tomas Blax (piano), rusiyalı Aleksandr Rojdestvenski (skripka), Yeni Rusiya Dövlət Simfonik Orkestrinin dirijoru, Grammy mükafatı laureatı olan violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-Rusiya) çıxış edib. Onlarla yanaşı səhnəyə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının müəllimi, beynəlxalq müsabiqələrin qalibi Taras Yaropud (skripka), Ukraynanın Chamber Art Music festivalının bədii rəhbəri Yuri Poqorejski (violonçel) tanınmış pianoçu Oksana Yablonskaya (ABŞ-Rusiya) çıxıb.

Konsertdə Avropa bəstəkarlarının əsərləri səsləndirilib. P.İ.Çaykovskinin, Ç.Koreanın, G.Eneskunun, L.V.Bethovenin böyük ustalıqla ifa olunan klassik əsərləri musiqisevərlərin zövqünü oxşayıb.

 

Səhnədə Moskva virtuozlarıdır

 

Həmin gün axşam festivalın açıq səma altındakı səhnəsində məşhur Moskva virtuozları kamera orkestrinin (Rusiya) konserti olub. Proqramda V.A.Motsart -Xəyali bağban qız operasına uvertüra, 29 saylı simfoniya, İ.Haydn - Violonçel orkestr üçün Konsert D dur, K.Veber -Klarnet simli alətlər üçün introduksiya, mövzu variasiyalar səslənib. Konsertə Paul Meyer dirijorluq edib. Solist Dmitri Yablonski (cello) idi.

Qeyd edək ki, iyulun 31-də, festivalın sonuncu günü Moskva virtuozları kamera orkestri daha bir konsert proqramı ilə çıxış edəcək.

 

Mədəniyyət.-2015.- 31 iyul.- S. 3.