"Komandanım, əmrindəyik!" kitabının təqdimatı

 

İyulun 29-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Zəfər qalası" qəzetinin baş redaktoru, şair-publisist Natella Asenanın "Komandanım, əmrindəyik!" kitabının təqdimatı olub.

Tədbirdə müəllifin keçdiyi həyat yolu və vətənpərvərliklə yoğurulmuş yaradıcılığından söz açılıb. Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki, şair-publisist Ramiz Duyğun kitabdakı şeirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə təkan verəcəyini qeyd edib.

Şair Oqtay Rza səmimi ürək çırpıntılarının əsas ictimai qayəsini özündə birləşdirən kitabın müəllifin yurda, vətənə və dövlətçiliyə qarşı olan məhəbbətindən irəli gəldiyini qeyd edib. Daha sonra çıxış edənlər müəllifə xoş arzularını bildiriblər.

 

Mədəniyyət.-2015.- 31 iyul.- S. 10.