“Böyük qəzəlxan”

 

Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin və Mərkəzi kitabxananın təşkilatçılığı ilə Mədəniyyət mərkəzində Əlağa Vahidin 120 illiyinə həsr edilmiş “Böyük qəzəlxan” adlı ədəbi-bədii gecə keçirilib. Tədbiri açan Mədəniyyət və Turizm Şöbəsinin müdiri Valeh Vəliyev qeyd edib ki, Əlağa Vahidin qəzəlləri xanəndələr tərəfindən sevilərək oxunur, şeirlərinə bəstələnən mahnılar dillər əzbəridir. Şəhər 1 saylı kitabxana filialının müdiri Solmaz Nağıyeva, MKS-nin direktoru Solmaz Babanlı bildiriblər ki, Vahidin şeirlərinin əsas mövzusu mədəniyyətə, maarifə çağırış, cahilliyə, zülmə etirazdır. Şairin əsərləri zaman keçsə də, öz dəyərini saxlayacaq.

Tədbirdə musiqi məktəbləri şagirdlərinin ifasında mahnılar ifa edilib. Sonda “Əlağa Vahid - 120” başlıqlı sərgiyə baxış keçirilib.

 

Mədəniyyət.- 2015.- 3 iyun.- S. 12.