“Təbəssüm”ün mahnı və rəqs çələngi

 

İyunun 1-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Təbəssüm” Uşaq Musiqili Teatrı konsert proqramı ilə çıxış etdi.

Teatrın rəqs və vokal qrupları tamaşaçılara ümumilikdə 20 nömrə, o cümlədən Azərbaycan və dünya xalqlarının mahnı və folklor nümunələri (“Şənlik”, “Qırmızı papaq”, “Vağzalı”, “Basqalı”, “Şən oğlanlar” və s.) təqdim etdi. Rəngarəng musiqilər və şux rəqslərdən ibarət konsert şürəkli alqışlarla qarşılandı.

 

Savalan

 

Mədəniyyət.- 2015.- 3  iyun.- S. 7.