“Çölçü” filminin növbəti uğuru

 

Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi İndoneziyada keçirilən beynəlxalq festivalda “Golden World Awards 2015” mükafatına layiq görülüb. Rejissorun bildirdiyinə görə, mükafatlar iyunun 19-da İndoneziyanın Cakarta şəhərində təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” bədii filmi 2013-cü ildən indiyədək 20-dən çox festivalda iştirak edib və bir neçə mükafat və diploma layiq görülüb.

 

Mədəniyyət.- 2015.- 3 iyun.- S. 4.