Gənc violin ifaçısı Kreml Sarayında çıxış edib

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Zərrin Əliyeva (müəllimi Hökümə Əliyeva) Moskvada Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə keçirilmiş “Nəsillərin melodiyası” adlı III beynəlxalq uşaq musiqi festivalında iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivala qatılan gənc violin ifaçısı Zərrin Əliyeva Kreml Sarayının Georgiyevsk zalında Prezident orkestrinin müşayiəti ilə çıxış edərək ölkəmizi layiqincə təmsil edib.

 

Mədəniyyət.- 2015.- 3 iyun.- S. 3.