“Oyuq” istedadlar sorağında

 

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” studiyası yeni istedadlar sorağı ilə 4-8 yaş qrupu arasında oğlan və qızları yaradıcı qabiliyyət nümayişinə dəvət edir. “Oyuğ”un sıralarına qoşulmaq istəyən balacalar 3 iyun saat 14.00-dan başlayaraq teatrın kiçik səhnəsində seçimlərə qatıla bilərlər. Seçimləri teatrın rejissor və rəssamları, aparıcı aktyorları və studiyanın pedaqoqları aparacaq.

 

Mədəniyyət.- 2015.- 3 iyun.- S. 2.