Saatlıda və Xızıda kitab bayramları

Bölgələrdə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş kitab bayramları keçirilir.

Saatlı rayon Mədəniyyət evinin qarşısında təşkil olunan kitab bayramında MKS-nin direktoru Sakit Bağırov, böyük metodisti, Əməkdar mədəniyyət işçisi Mehdi Mehdizadə və digər çıxış edənlər kitabın həyatımızda rolu barədə danışıblar. Qeyd edib ki, ölkəmizdə kitabxana şəbəkəsinin inkişafı, yeni texnologiya və avadanlıqlarla təchizatı daim diqqətdə saxlanılır. Tədbirdə kəndlərin mədəniyyət evlərinin bədii özfəaliyyət kollektivlərinin çıxışları alqışlarla qarşılanıb.

* * *

Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin həyətində kitab bayramı keçirilib. Rayon MKS-nin fondundan müxtəlif mövzulu kitablardan ibarət sərgidə “Bakı-2015” I Avropa Oyunları”, “Uşaqların sehrli dünyası”, “Danışan kitablar”, “Yubilyarlarımız” və s. adlı guşələr yaradılıb. Uşaqlar şeir töhfələri ilə bayrama rəng qatıblar. Təqdim olunan musiqi nömrələri iştirakçılara xoş anlar bəxş edib.

 

Mədənyyət.- 2015.- 5 iyun.- S. 12.