Böyük idman şöləninin “Təəssüratlar”ı

 

Azərbaycan Fotoqraflar Birliyi I Avropa Oyunları ilə əlaqədar “Təəssüratlar” adlı fotomüsabiqə elan edir. Fotomüsabiqənin məqsədi I Avropa Oyunlarının keçirildiyi dövrdə yalnız idman salonlarında deyil, gündəlik həyatda da baş verən hadisələrin fotoqraflar tərəfindən tarixə köçürülməsidir.

Oyunlar zamanı Bakıya xüsusi gözəllik verən binaların işıqlandırılması və bəzədilməsi, Bakı arxitekturasına və regionlarda keçiriləcək idman yarışları zamanı arxitektura və şəhər landşaftı fotolarda öz əksini tapa bilər. Fotolar aşağıdakı nominasiyalar üzrə təqdim oluna bilər: “İdman” (qələbə uğrunda), “Emosiyalar” (qonaqlar və biz), “Bakı-2015” (fotoreportaj), “Şəhərimiz” (təntənəli və əzəmətli şəhər görüntüləri).

Müsabiqədə iştirak etmək istəyən fotoqraf özü haqda məlumatlar əlavə olunmaqla fotoları 30 iyun tarixinədək musabiqeafb@gmail.com ünvanına göndərə bilər. Təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1200 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz.

 

Fariz

 

Mədəniyyət.- 2015.- 5 iyun. - S. 9.