Bakı Xoreoqrafiya Akademiyasının təbliğat konserti

 

“Bakı-2015” Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm sahələrində təbliğat işinin gücləndirilməsi haqqında” Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən müxtəlif kütləvi əyləncəli konsert proqramları təşkil olunur. Bakı Xoreoqrafiya Akademiyası mayın 29-da Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi və “Keçmişdən gələcəyə” gənclər hərəkatının iştirakı ilə Lökbatan qəsəbəsindəki Əli Əmirov adına Mədəniyyət evində rəngarəng konsert proqramı ilə çıxış edib.

Konsertdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri ilə yanaşı, digər mədəniyyət müəssisələrindən dəvət olunan gənc vokalçılar və xanəndələr iştirak edib. Konsertdən öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı Xoreoqrafiya Akademiyasının şöbə müdiri Əbülfəz Babazadə, “Keçmişdən gələcəyə doğru” gənclər hərəkatının rəhbəri Arzu Məsiyev çıxış edib. Proqramda dünya və Azərbaycan klassik baletlərindən parçalar, xalq rəqslərimiz nümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 9.