Bazar günü

 

Gənc yazıçı Ülviyyə Heydərovanın ssenarisi əsasında Bazar günü adlı qısametrajlı bədii filmin çəkilişləri başlanıb. Ekran əsəri Qarabağ müharibəsi əlillərinin həyatından bəhs edir. Çəkilişlər Bakının küçələrində, İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğunda və Buzovna kəndində aparılır. Filmin quruluşçu rejissoru Pərviz Əliyev, quruluşçu operatoru Elman Əliyevdir. Rolları Əməkdar artist Vidadi Həsənov, Ayşad Məmmədov və Əminə Baloğlanova ifa edirlər.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 6.