Uşaqlar üçün bayram konserti

 

İyunun 1-də Heydər Əliyev Sarayının təşkilatçılığı ilə Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş konsert keçirilib. “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz və cəmiyyətin gələcəyidir” devizi altında gerçəkləşən konsertdə “Aysel”, “Zirvə”, “Natiq” rəqs qrupları, “Mehriban”, “Cücələrim” vokal qruplarının iştirakı ilə milli, müasir rəqslər və rəngarəng çıxışlar olub.

Ənənəvi olaraq bu bayram konsertinə də sarayın rəhbərliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan kimsəsiz, fiziki qüsurlu, əlil uşaqlar dəvət olunub.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 4.