İntiqam Soltanın kitabının imza günü

 

Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri, aktyor, rejissor İntiqam Soltanın “Və s. Və s. Və s.” kitabının təqdimatı və imza günü keçirilib. Kitabda cəmiyyətdə rast gəlinən nöqsanlara qarşı müəllifin qırmanclayıcı münasibətini əks etdirən hekayələri, felyetonları, müşahidələri əsasında yazıları, şeirləri yer alıb.

Çıxış edənlər müəllifi yeni kitabın işıq üzü görməsi münasibətilə təbrik edib, onun ədəbi yaradıcılığının məziyyətlərindən söz açıblar. Bildirilib ki, İ.Soltanın “Səndən xəbərsiz” adlı ilk kitabı 2014-cü ildə çap olunub. Tədbirin sonunda Bakı Uşaq Teatrının aktyorları kitabdan parçaları oxuyublar.

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 15.