Səməd Vurğun və Aşıq Şəmşir dastanı”

 

“Elm və təhsil” nəşriyyatında Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, tanınmış el sənətkarı Aşıq Şəmşirin yaradıcılığı əsasında “Səməd Vurğun və Aşıq Şəmşir dastanı” kitabı işıq üzü görüb.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyindən bildirilib ki, müxtəlif mətbuat orqanlarında unudulmaz Xalq şairi Səməd Vurğunla Aşıq Şəmşirin 1955-ci ilin yayında Kəlbəcərdəki məşhur görüşlərindən ayrı-ayrı parçalar nəşr olunub. Kitabda ustad aşığın Səməd Vurğunla bağlı görüşlərindən və xatirələrindən ibarət qələmə aldığı dastan oxuculara tam şəkildə təqdim olunur.

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 13.