Avropa Oyunları gənclərin təfəkküründə

İyunun 3-də Qazax rayon N.Nərimanov qəsəbə kitabxana filialı şəhər 2 saylı folklor evi ilə birlikdə “Avropa Oyunları gənclərin təfəkküründə” adlı tədbir keçirib. SSRİ-nin bədən tərbiyəsi və idman əlaçısı, Azərbaycanın Əməkdar məşqçisi, “Qızıl qələm” və “Məmməd Araz” mükafatları laureatı Ramiz Tağıyev Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasından söz açıb, regionlarda 40-dan çox Olimpiya İdman Kompleksinin tikilərək istifadəyə verildiyini bildirib.

Sonra “Avropa Oyunları gənclərin təfəkküründə” adlı sərgiyə baxış keçirilib. Tədbir iştirakçıları gənc idmançıların müxtəlif növdə məşqlərini izləyiblər.

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 11.