Hərb tariximizin iftixarı

 

Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında görkəmli hərbi xadim, general-mayor Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibətilə “Milli hərb sənətimizin iftixarı” adlı xatirə tədbiri keçirilib.

Multimedia mütəxəssisi Leyla Məmmədli Cəmşid Naxçıvanskinin həyatı, fəaliyyəti, Azərbaycan hərb tarixində yeri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Cəmşid Naxçıvanski Naxçıvan xanlarının nəslindəndir, Kəngərlilər soyundan yetişən beş generalın varisi kimi şöhrətə mənsub olub. Generalın adı Bakıda və doğulduğu Naxçıvan şəhərində əbədiləşdirilib. Bakıda onun adını daşıyan hərbi lisey fəaliyyət göstərir. Sonda tədbir iştirakçıları “Naxçıvanskilər” sənədli filmini izləyib, kitablarla tanış olublar.

 

Mədəniyyət.- 2015.- 12 iyun.- S. 13.