Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin Qobustanda konserti

 

Xəbər verdiyimiz kimi, “Bakı-2015” I Avropa Oyunlarının məşəlinin bölgələrə səyahət turu başa çatdıqdan sonra iyunun 6-da Qobustan Milli Tarix-Bədii Qoruğunda mərasim keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qoruq qarşısında təşkil olunmuş məşəlin təntənəli qarşılanma mərasimində rayon ictimaiyyəti, idmançılar, yarışların qalibləri, tələbələr və gənclər iştirak etmişlər. “Bakı-2015”in məşəli ilə yandırılan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim edib.

Sonra konsert proqramı təqdim olunub. Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin rəngarəng çıxışları qədim odlar yurdu Azərbaycanın milli rəqslərində yaşayan əcdadlarımızın igidliyini, vətənə və sənətə bağlı olan dəyərlərimizi bir daha tamaşaçılara çatdırıb. İzləyicilərə xoş təəssürat yaşadan konsert alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 12 iyun.- S. 6.