“Qurtuluşa aparan yol”

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonu 11 nömrəli onbirillik musiqi məktəbində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. “Qurtuluşa aparan yol” adlı tədbirdə iştirakçılar əvvəlcə foyedə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin hazırladığı ulu öndərin həyat və fəaliyyəti ilə bağlı sərgi ilə tanış olublar. Ümummilli liderin tarixi xidmətlərindən söz açılıb.

Sonra musiqi məktəbinin xalq çalğı alətləri orkestrinin ifasında “Koroğlu” uvertürası səsləndirilib. Şagirdlərin ifasında “Qurtuluşa gedən yol” mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 12 iyun.- S. 4.